İdmançılarımız qardaş ölkədən uğurla geri dönüb
Türkiyənin Ədirnə şəhərində 15 İyul şəhidlərinin xatirəsinə həsr olunmuş VI Balkan açıq uşu kunq-fu çempionatı keçirilib. 3 gün davam edən yarışda 17 ölkədən ümumilikdə 1125 idmançı medallar uğrunda mübarizə aparıb. Azərbaycan yığma komandasında çıxış edən Naxçıvan idmançıları da uğurlu nəticəyə nail olublar. Naxçıvan Kikboksinq Federasiyasının yeniyetmələrdən və gənclərdən ibarət yığma komandasının baş məşqçisi Etibar Qəribovun rəhbərliyi ilə millimizin heyətinə qoşulan altı idmançıdan üçü mükafatçılar sırasına düşüb. Onlardan İnci Allahverdiyeva sanda versiyası üzrə fərdi qaydada bürünc, Aysu Həşimova ilə birgə isə eyni versiyanın komanda yarışında qızıl medal qazanıb. Cəsur Kətənli isə bu versiyada bürünc mükafatçı olub.
Qeyd edək ki, milli komandamız çempionatı 4 qızıl, 2 gümüş və 7 bürünc medalla tamamlayıb.